"Qafqazdakı sülh və sabitliyə ən böyük maneə Ermənistanın təcavüzkar mövqeyidir.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar bəyan edib ki, bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır.

"Ermənistanın xain hücumlarını qınayırıq. Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq", - Akar bildirib.