Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunub ki, XİN rəhbərləri Azərbaycan-Ermənistan arasındakı vəziyyətin gərginləşməsini müzakirə ediblər.