“Ermənistanın Ağdərə yaşayıq məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi üçün Ermənistan komandanlığına müqavimət göstərməmək, təslim olmaq barədə təklfi edilib”.

Unikal.org xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O bildirib ki, müqavimət göstərildiyi təqdirdə hər bir silahlı şəxs zərərsizləşdiriləcək:

“Əks-həmlə əməliyyatı həyata keçirilən zaman düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb. Bu görüntülər artıq ictimaiyyətə çatdırılıb. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib”.