"Kəndimin azad edilməsini sözlərlə ifadə edə bilmirəm"

Bu gün həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm.

Unikal.org xəbər verir ki, bunu "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib:

"Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbrsizliklə gözləyirəm. İnanıram ki, bu, son deyil. Tezliklə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!".

Qeyd edək ki, Qara Qarayev bu gün erməni işğalından azad edilən Füzuli rayonunun Kənd Horadiz kəndindəndir.