“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi səbəbilə Yerevana reysləri ləğv edir.

Unikal.org xəbər verir ki, bu barədə şirkətin “Facebook” hesabında məlumat yayılıb.

Sözügedən qərar şirkətin mütəxəssislərinin təşkil olunmuş brifinqdə risklərin təhlilini aparmasından sonra qəbul edilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.