Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyə görə tutulan V.Seyidovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 2 800 ABŞ dolları, 300 manat pul və velosiped oğurlaması da müəyyən edilib.