İspaniyanın “Barselona” klubu La Liqanın III turunda “Vilyarreal”ı 4:0 hesabı ilə məğlub olub

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati bu görüşün ilk 20 dəqiqəsində dubla imza atıb.

O, son 8 ildə bunu bacaran ilk “Barselona”lı olub. Ümumilikdə isə klub tarixində 5-ci dəfə belə erkən dubl qeydə alınıb.

Sonuncu belə nailiyyətə Lionel Messi 2012-ci ildə imza atıb. Bu iki oyunçudan başqa, Marti Ventolre 1933-cü, Şandor Koçiş 1961-ci, Lafos Bustilyo 1969-cu ildə ilk 20 dəqiqədə iki dəfə rəqib qapısına yol tapıb.