"Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub. Nəticədə hərbiçilərimiz və mülki şəxslər arasında yaralananlar var idi".

Unikal.org xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum həyata keçirib: "Bu hadisə baş verəndən dərhal sonra Azərbaycan Prezidenti xalqa müracioət edib. XİN-də bununla bağlı rəsmi bəyanat yayıb və beynəlxalq təşkilatlara çatdırıb".