“Azərbaycan Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib".

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, ölkəmizdə bir neçə müddət əvvəl hərbi toplanış həyata keçirilib: "Həmişə olduğu kimi, Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır. Bu, Ermənsitanın xislətini açıq şəkildə ortaya qoyur. Bu gün səhərdən də Tərtər rayonunu atəşə tutublar".