Fransada “Cirrus 22” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident Fransanın Bezanson şəhərinin hava limanı yaxınlığında baş verib.

Təyyarə yerə çırpılandan sonra alovlanmağa başlayıb.

Faciənin səbəbləri araşdırılır.