İranın İsfahan əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, yeraltı təkanların episentri İsfahan əyalətinin Vənək bölgəsində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.