Azərbaycan Ermənistanda könüllüləri daşıyan avtobusu vurub. 

Unikal.org xəbər verir ki, Vardenisdə (Ermənistanın Qeqarkunsk əyaləti) hərəkət edən avtobus pilotsuz uçan aparatla vurulub. PUA ilə vurulan nəqliyyat vasitəsi yanmağa başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Artsun Ovanisyan bildirib. 

Bəzi məlumatlara görə, avtobusda 60-a yaxın könüllü olub.