Yüzlərlə çinli gənc öz sosial şəbəkə hesablarında Azərbaycanla, Qarabağla bağlı paylaşımlar edib. 

Unikal.org Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, onlar Çində yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Çinin ən böyük sosial şəbəkələrində Qarabağ həqiqətləri ilə  bağlı yaydıqları məlumatları paylaşıblar.

Paylaşımlarda Qarabağın tanınmış mədəniyyət və incəsənət xadimlərinin şəkillərindən ibarət poster də yer alıb.