Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlunu cəbhəyə yola salıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.

Məsələ ilə əlaqədar Vaqif Əsədov bildirib ki, oğlunu bu gün yola salıb.

“İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq”, - deyə Vaqif Əsədov bildirib.