Ağdamda məcburi köçkün ailəsinin məskunlaşdığı yaşayış evi düşmən atəşinə məruz qalıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi Baharlı 1 qəsəbəsi 176 nömrəli evə düşüb.

Ev sahibi İsmayıl Həsənov ağır bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.