Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi-texniki əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın iclası üçün Ermənistan nümayəndə heyətinin Rusiyaya səfərini ləğv edib.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin saytı məlumat paylaşıb. Belə ki,  Baş nazirin nümayəndə heyətini ezamiyyətə göndərmə qərarı qüvvədən düşmüş elan edilib.

Nümayəndə heyətinin Rusiya göndərilməsi barədə qərar ötən həftənin şənbə günü, 26 sentyabr tarixində qəbul edilmişdi.