Qarabağ işğal altındadır. Uzun zamandır ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında sakit qalmır. Ən son sentyabrın 27-də etdiyi hücumlara Azərbaycan layiqli cavab verdi.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop A HABER telekanalına müsahibəsində deyib.

Mustafa Şentop xatırladıb ki, Azərbaycan bizim üçün bir millət, iki dövlətdir: "Azərbaycan dövlətinin, azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsini dəstəkləyirik və sonadək yanındayıq".