Türkiyədə son sutka ərzində koronavirusdan daha 68 nəfər dünyasını dəyişib.

Unikal.org xəbər verir ki,  bu barədə Türkiyənin Səhiyyə naziri bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 114 940 şübhəli koronavirus testindən keçib, onlardan 1427-nin cavabı pozitiv çıxıb, 1452 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1583 nəfər olub.

Türkiyədə ümumilikdə 317 272 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 278 504 nəfər sağalıb, 8130 nəfər ölüb.