Küveytdə Əmir IV Sabahın ölümündən sonra vəliəhd şahzadə Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabah ölkənin yeni əmiri təyin edilib.

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti Məsələləri üzrə nazir Ənas Xalid əl-Saleh Küveyt Əmirinin ölümü ilə əlaqədar dövlət televiziyasında çıxışı zamanı bildirib.

Qeyd edək ki, ölkənin Milli Məclisinin (Parlament) sədri Marzuk əl-Qanem yeni əmirin çərşənbə günü and içəcəyini qeyd edib.