Türkiyənin Kahramanmaraş şəhərində ədəbiyyat müəllimi onlayn dərs keçmək üçün çıxdığı təpədən yıxılaraq ölüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı müəllimi Əziz Sərin internet şəbəkəsi zəif olduğu üçün təpəyə çıxıb.

Onun evinə qayıtmamasından narahat olan yaxınları həmin ərazidə Sərinin meyitini tapıblar. Məlum olub ki, o, təpədən yıxılıb və infarkt keçirərək ölüb.