Ukrayna Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi olaraq vəzifəsini qeyd etmədən adını çəkəcək.

Unikal.org “Yevropeyskaya pravda”ya (Европейская правда) istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Dmitri Kuleba bildirib.

Diplomatdan noyabrın 5-də son səlahiyyət müddəti bitdikdən sonra Lukaşenkoya “qanunsuz seçilmiş”, “qeyri-legitim” və ya başqa hansı adla müraciət olunacağı soruşulub.

“Bu, media və “facebook” üçün əla müraciətdir. Rəsmi mövqe isə Aleksanr Lukaşenkodur”, - deyə Kuleba bildirib.

Qeyd edək ki, Belarus liderinin sentyabrın 23-də baş tutan gizli inauqurasiyasından sonra Ukrayna XİN onu “qanunsuz” prezident adlandırmışdı.