“Moskva Dağlıq Qarabağdakı vəziyyəti kəskin mərhələdən çıxarmaq üçün hər cür səy göstərir”.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a verdiyi müsahibəsində deyib.

“Vəziyyəti bu kəskin mərhələdən siyasi və diplomatik həll mərhələsinə qaytarmaq üçün hər şeyi edirik … Rusiya müharibə başladığı  ilk saatlardan deyil, bəlkə də dəqiqələrdən tərəflərlə və digər ölkələrlə təmasda olub”- deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəflərə münaqişənin həllində kömək etmək və “bu atəşi söndürmək” üçün addımlar atır.

Diplomat, alındığı təqdirdə Azərbaycan və Ermənistan arasında danışıqlar üçün bir platforma təmin edəcəyinə söz verib.

Bundan əvvəl, Almaniyanın Xarici İşlər Nazirliyi Rusiya və Türkiyəni münaqişənin həllində və Dağlıq Qarabağda uzunmüddətli bir sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycana təsirlərindən istifadə etməyə çağırıb.