İsrail Baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasına videomesaj göndərib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  o, videoda Livanda “Hizbullah”ın gizli silah deposunun əks olunduğu xəritəni nümayiş etdirib.

Belə ki, Netanyahu Beyrutda yeni partlayış baş verə biləcəyini iddia edib.

Onun sözlərinə görə, növbəti partlayış Beyrutda Beynəlxalq Hava Limanının yanında baş verəcək, çünki “Hizbullah”ın gizli silah deposu həmin ərazidə yerləşir. O, livanlılara səslənərək İsraildən onlara zərər gəlməyəcəyini deyib:

“İsraildən sizə zərər gəlməz. Amma İrandan gələ bilər. İran “Hizbullah”la birləşib sizin və ailələrinizin həyatını təhlükəyə atır”.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.