ABŞ prezidenti Donald Trampın seçki qərargahının böyük məsləhətçisi Bred Parskeyl intihar cəhdindən sonra vəzifəsindən ayrıldığını bəyan edib.

Unikal.org xəbər verir ki, bu barədə “Politico” yazır.

“Ailəmə diqqətimi yönəltmək və böyük streslə mübarizə üçün yardım almaq məqsədilə kampaniyamı tərk edirəm və yaxın gələcəkdə qərargahdakı hər hansı bir işdən imtina edirəm”, - deyə məsləhətçi bildirib.

Nəşrin məlumatına əsasən, keçən həftə sonu Parskeylin həyat yoldaşı onu əlində silahla tutmuşdu. Məsləhətçi intihar etmək istədiyini bildirmişdi. Hadisə yerinə gələn polis onu fikrindən daşındırmışdı və məsləhətçi xəstəxanaya yerləşdirilmişdi.