Rusiyada son sutka ərzində daha 8 945 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 185 231 nəfərə çatıb. Son sutka ərzində 169 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 891 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.