“Dağlıq Qarabağ bölgəsində Erməni silahlı qüvvələrinin hədəfi mülki əhaliyə qarşı yönələn hərbi cinayətdir”. 

Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfdaşlarla söhbətində bildirib.

Cenevrə Konvensiyasının və əlavə protokolların, beynəlxalq humanitar hüququn müvafiq tələbləri Ermənistan tərəfindən kobudcasına pozulur.Sentyabrın 27-dən bu günə kimi bu faktlar davam etməkdədir. Azərbaycanın yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, mülki əhali arasında həlak olan və yaralılar vardır. 

AzQAC öz mandatına uyğun olaraq, Fövqəladə Mobil Könüllü Dəstələrinin iştirakı ilə cəbhəboyu ərazilərdə himanitar missiyasını davam etdirir. Mülki əhalinin düşmənin artilleriya atəşindənqorunması üçün lazımi tədbirlər həyata keçirirlər, bu sahədə yerli qurumlara köməklik göstərirlər. Ağdam, Tərtər, Füzuli rayonlarında humanitar əməliyyatlar davamlı olaraq həyata keçirilir. İnsanlara qida, su və digər zəruri yardımlar edilir. 

Novruz Aslanovun tapşırığına əsasən cəbhəyanı rayonlara zəruri yardımlar göndərilib, yerli bölmələr müvafiq texniki vasitələrlə təmin edilib, həmin ərazilərə əlavə olaraq ilk yardımçantalarının göndərilməsi üçün tədarük görülür. Yerlərdə qiymətləndirmə işləri davamlı olaraq aparılır.

Humanitar əməliyyatlarda iştirak edən yerli bölmələrin əməkdaşları və könüllüləri təlimatlandırılmış və bütün lazımi ləvazimatlarla təmin olunmuşlar.