Bu günə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsaslanaraq bir çox böyük layihəyə imza atan “Kristal Abşeron” növbəti dəfə təqdirəlayiq addım atıb.

Unikal.org xəbər verir ki, sözügedən şirkət Azərbaycan Ordusunun hərbi potensialının, maddi-texniki təchizat və döyüş qabiliyyətinin daha da artırılması üçün dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 200 min manat vəsait köçürüb.

“Kristal Abşeron” Azərbaycan əsgərlərinə yeni qələbələr və Şuşaya Azərbaycan bayrağını sancmağı arzulayır!