Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyev şəhərində restoranda hücuma məruz qalıb.

Unikal.org xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib.

Hücumun motivi araşdırılır.