Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın üçüncü mərtəbəsində ümumi sahəsi 60 kv/m olan mənzildə ev əşyaları 15 kv/m sahədə yanıb. Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 10 kv/m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.