Ermənistan silahlı birləşmələrinin işğal etdikləri vətən torpaqlarının azad esilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan şanlı Azərbaycan Ordusuna maddi və mənəvi dəstək vermək məqsədilə " Grystal Group of Companies" ASC tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 10 000 manat məbləğində pul köçürülüb. 

Şirkətdən Unikal.org-a bildirilib ki, sosial məsuliyyətdən irəli gələn bu missiyanı yerinə yetirməkdən və şanlı ordumuzun yanında olmaqdan qürur duyurlar.