Bu ilin sentyabr ayında dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 5,42 ABŞ dolları və ya 11,8% azalıb.

Unikal.org xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ay ərzində orta hesabla 42,14 dollara bərabər olub. Sentyabrda ən yüksək göstərici – 45,92 dollar təşkil edib, ən minimal göstərici isə 39,91 dollar səviyyəsində olub.