Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Unikal.org xəbər verir ki, bu barədə report məlumat yayıb.

Düşmənin atdığı top mərmilərindən bir neçəsi rayonun mərkəzi küçəsinə və Tərət Rayon Prokurorluğunun qarşısına düşüb. Nəticədə Tərtər sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədov və Sumqayıt şəhər sakini Ozal Həsənov yaralanıb.

Hazırda döyüşlər davam edir.