Azərbaycanda indiyədək ümumilikdə 40 561 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 38 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib, aktiv xəstə sayı 1 612 nəfərdir.