Qax rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qax rayonunun Zərnə kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.