Xalq artisti Tünzalə Ağayeva cəbhə zonasında jurnalistlər üçün nəzərdə tutulan zirekli jilet geyinib şəkil çəkdirərək, sosial şəbəkədə paylaşıb. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Sözügedən məsələ ilə ilə bağlı Unikal.org-a açıqlama verən T.Ağayeva jurnalistlərə dəstək üçün "Press" jilet geyindiyini deyib:

"Cəbhə zonasında gedib, əsgərlərə dəstək olduğumuzu bildirdik. Bu zaman cəbhə zonasında olan media nümayəndələrini gördüm. Onlara dəstək üçün həmin jileti geyindim və foto çəkdirdim. Sonra bunu sosial şəbəkə hesabımda paylaşdım. Burada yanlış anlaşılacaq heç nə yoxdur".

Famil Fərhadoğlu