Masallı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a  verilən məlumata görə, Masallı rayonunda ümumi sahəsi 130 m² olan tövlənin çardağının yanar konstruksiyaları 30 m² sahədə və çardağına yığılan 20 ton ot bağlamasının 8 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.