Gürcüstanda son sutkada koronavirusa 519 yeni yoluxma halı təsdiqlənib, 253 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.

Unikal.org-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 11 271-ə çatıb. Xəstəlikdən sağalanların sayı 6 119, ölənlərin sayı isə 78 olub.

Hazırda karantində saxlanılan şəxslərin sayı 5 971 təşkil edir. Xəstəliyi yüngül keçirən 836 nəfər isə xüsusi otellərdə müalicə olunur.