Bu gün UEFA Millətlər Liqasında 3-cü tura start veriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə A, C və D Liqasının görüşləri keçiriləcək. C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığmasıda növbəti oyununa bu gün çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Monteneqro yığmasıyla qarşılaşacaq. Qrupun digər matçında Lüksemburq Kipri qəbul edəcək.

A Liqasının 4-cü qrupu çərçivəsində İsveçrə – İspaniya və Ukrayna – Almaniya görüşləri keçiriləcək.

Millətlər Liqasında 3-cü turun digər görüşləri oktyabrın sabah oynanılacaq.

UEFA Millətlər Liqası, 3-cü tur

10 oktyabr

C Liqası, 1-ci qrup
17:00 Lüksemburq – Kipr
17:00 Monteneqro – Azərbaycan

D Liqası, 1-ci qrup
20:00 Farer adaları – Latviya
22:45 Andorra – Malta

D Liqası, 2-ci qrup
20:00 Lixtenşteyn – Cəbəllütariq

A Liqası, 4-cü qrup
22:45 İsveçrə – İspaniya
22:45 Ukrayna – Almaniya