Düşmənin Gəncəyə atdığı raketlərdən biri mülki əhalinin yaşadığı binaların üzərinə düşüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Unikal.org xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 40 nəfərdən artıq yaralı var. Yaralılar arasında azyaşlılar da var.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***04:48

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda düşmən tərəfindən Gəncənin atəşə tutulduğu bildirilir. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində üç mülki şəxs həlak olub, 40-dan çox insan xəsarət alıb.

Xəsarət alanlar arasında azyaşlılar da var.