Ermənistan Müdafiə Nazirliyi Qarabağ döyüşlərində daha 23 hərbi qulluqçusunun ölümünü etiraf edib. 

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, beləliklə, düşmən tərəfi rəsmən 555 hərbçinin ölümünü təsdiqləyib.

Onlar arasında həm çağırışçılar, həm də müqavilə əsasında və ehtiyatdan çağırılan hərbçilər var. Ermənistanın Qarabağ döyüşlərində verdiyi itkilərin yalnız cüzi hissəsini etiraf etdiyi də xəbər verilir.