Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.

Unikal.org "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 38 649 379, pandemiya qurbanlarının sayı 1 094 542 nəfərə çatıb.

İndiyədək 29 023 225 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 69 977 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan ölkədə qeydə alınıb.