Sumqayıtda silahlı insident baş verib.  

Unikal.org apa-ya istinadən xəbər verir  ki, hadisə şəhərin "İnşaatçılar" qəsəbəsində yerləşən bazarda qeydə alınıb.  

Belə ki, naməlum şəxs "BMW" markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan yaralı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.