Mingəçevirdə evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, oğurluq etdiyinə görə saxlanılan O.Həmzəyev və A.Əliyevin ətrafında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisindəki 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.