“Neftçi”nin yeni transferi Bruno Teluşinin “ağ-qaralar”dakı illik məvacibi məlum olub.

Unikal.org xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə bir mövsümlük 100 min avro ödəniləcək. Bu barədə Albaniyanın “panorama.com.al” saytı məlumat yayıb.

“Neftçi” Teluşi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. “Ağ-qaralar”a azad agent kimi keçən alban futbolçunun son klubu “Kukesi” olub.