İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor "Instagram" hesabında Dastin Pourye ilə 23 yanvar tarixində baş tutacaq döyüşünün afişasını paylaşıb.

Unikal.og xəbər verir ki, irland idmançı rəqibini əzişdirəcəyini bildirib:

"Dastinin növbəti dəfə yerə səriləcəyi zaman yaxınlaşır".

Qeyd edək ki, 32 yaşlı Makreqor Pourye ilə ilk dəfə 2014-cü ilin sentyabrında qarşılaşıb və nokautla qələbə qazanıb.