Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, şəhər ərazisində yolu keçmək istəyən şəhər sakini, 1954-cü il təvəllüdlü Hüseynova Sevil Bəşir qızını avtomobil vurub.

Qəza nəticəsində ağır xəsarət alan 66 yaşlı qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.