ABŞ Rusiya Prezidenti Vladimir Putinin START-3 müqaviləsi ilə bağlı təklifindən imtina edib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen Tvitter səhifəsində yazıb.

“Nüvə başlıqlarını “dondurmadan” Putinin START-3-ü 1 il müddətinə uzatmağa yönəlik təklifi həll variantı deyil”, – deyə Obrayen qeyd edib.