Son bir ay ərzində Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 107 terrorçu zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorçulardan 46-sı ölkə sərhədləri daxilində, 61-i isə Türkiyə xaricində zərərsizləşdirilib.