“Hərbi cinayətlər törədən terrorçu və işğalçı dövlət olan Ermənistan Gəncədə yaşlı, qadın və uşaq bilmədən mülki insanları hədəf aldı”

Unikal.org  xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, bunun adı xainlik, qorxaqlıq və haqq-hüquq tanımamaqdır.

“Ermənistan çirkin üzünü bir daha göstərdi. Hər mövzuda sözü olan beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə səssiz qalması təəccüb doğurur. Heç bir insanlıq cinayəti cəzasız qalmaz. Can Azərbaycanın daha güclü şəkildə yanında olmağa davam edəcəyik”.