“Təəssüflər olsun ki, hər zaman olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfdar çıxdığı bütün beynəlxalq hüquq konvensiyalarına zidd addımlar atır”. 

Unikal.org xəbər verir ki, bu barədə Gəncədə səfərdə olan Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirilib.

O qeyd edib ki, hadisə ilə bağlı insan hüquqları üzrə bütün beynəlxalq təşkilatlara və institutlara məlumat verilib: “Əfsuslar olsun ki, dünya Azərbaycan əhalisinə qarşı olan bu terrora hələ də ikili standartlarla yanaşır”.